Dünya ölkələrində təbii fəlakət və ya böhran vəziyyətlərində əhalinin müstəqil şəkildə sağ qalmasını təmin etmək üçün xüsusi tövsiyə və kampaniyalar həyata keçirilir.
Modern.az xəbər verir ki, bu barədə informasiya Avropa İttifaqı və müxtəlif dövlətlərin yayımladığı strateji tövsiyə sənədlərində yer alıb.
Belə ki, Böyük Britaniya "Hazır ol" kampaniyası, Fransa "Livret de survie" təlimatı ilə vətəndaşlarına tövsiyələr verir, Almaniya (3–10 gün), İsveç, Norveç, Estoniya, İsveçrə, Tayvan (1 həftə) və Avstriya (10–14 gün) isə uzunmüddətli ehtiyat toplanmasını vacib hesab edir. Oxşar tədbirlər Yaponiya, Hollandiya, Belçika, Danimarka, Finlandiya, Polşa, Çexiya, Xorvatiya, Latviya, Litva, Kanada, Meksika, Çili və Kolumbiyada da tətbiq olunur.
Qeyd edək ki, "72 saatlıq stok" və daha uzunmüddətli fövqəladə hal ehtiyatı xarici kömək gələnə qədər insanların həyati ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
Gülbadam Cümşüdova
Dünyada fövqəladə hallara qarşı stok hazırlığı artır

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

