Dünya · Modern.az

Böyük Britaniya ukraynalı uşaqlardan üzr istədi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Böyük Britaniya ukraynalı uşaqlardan üzr istədi
Böyük Britaniya ukraynalı uşaqlardan üzr istədi

Böyük Britaniya hökuməti ingilis məktəblərində rus dilini öyrənmələri tələb olunan ukraynalı uşaq qaçqınlardan üzr istəyib.

Modern.az xəbər verir ki, bu barədə informasiya Britaniya Təhsil Nazirliyinin Ukrayna dilində yeni GCSE imtahanının maliyyələşdirilməsinə başlaması ilə bağlı qərarında yer alıb.

Belə ki, Rusiyanın 2022-ci ildə başladığı müharibədən sonra Böyük Britaniyaya sığınan ukraynalı şagirdlər məktəblərdə Ukrayna dili üzrə GCSE imtahanı olmadığı üçün onlara rus dilini öyrənməyin təklif edilməsini "təhqiramiz" addım kimi qiymətləndiriblər.

Qeyd edək ki, yeni qərara əsasən, Ukrayna dili üzrə rəsmi imtahan sisteminin tətbiqi üçün artıq lazımi maliyyə vəsaitinin ayrılmasına başlanılıb.

Gülbadam Cümşüdova

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑