Türkiyə Birinci Liqasında çıxış edən futbolçuların bazar dəyərləri yenilənib.
İdman.Biz xəbər verir ki, “Transfermarkt” portalının son hesablamalarına əsasən, Azərbaycan millisinin və “Bursaspor”un futbolçusu Toral Bayramov da siyahının üst sıralarında yer alıb.
25 yaşlı müdafiəçinin hazırkı bazar dəyəri 1,8 milyon avro (3 milyon 437 min 100 manat) təşkil edir. Bayramov əvvəlki göstərici ilə müqayisədə 200 min avro (381 min 900 manat) dəyər itirib.
Buna baxmayaraq, Azərbaycan millisinin üzvü Birinci Liqanın ən dəyərli dördüncü futbolçusudur. Onu yalnız komanda yoldaşları - Keleçi İheanacho (2,8 milyon avro / 5 milyon 346 min 600 manat), Linkoln Enrike (2,7 milyon avro / 5 milyon 155 min 650 manat) və Yürgen Elitim (2,2 milyon avro / 4 milyon 200 min 900 manat) qabaqlayır.
Qeyd edək ki, Toral Bayramov 2026-cı ilin yayında “Qarabağ”dan “Bursaspor”a keçib.





