İdman · İdman.biz

“Sumqayıt”ın basketbolçusu: “Pley-offun dörd ən güclü komandası sırasında olmaq istəyirik”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sumqayıt”ın basketbolçusu: “Pley-offun dörd ən güclü komandası sırasında olmaq istəyirik” xəbəri üçün şəkil

“Sumqayıt”ın ABŞ-li basketbolçusu Teyvion Kirk komandanın hədəfləri və Azərbaycana qayıtması barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Kirk klubun mətbuat xidmətinə açıqlamasında yenidən Azərbaycana qayıtdığı üçün şad olduğunu bildirib:

“Bəli, yenidən Azərbaycana qayıtdım. Buna görə də çox şadam. Bu yaxşı hissdir”.

Kirk vaxtilə “Xırdalan”da birlikdə çalışdığı baş məşqçi Uğur Özdemirlə yenidən işləməyin yaxşı olduğunu qeyd edib:

“Elədir, burada tanış simalar var. Uğur Özdemirlə işləmək çox yaxşıdır. Məni yenidən Azərbaycana dəvət etdiyi üçün ona təşəkkür edirəm. Bizim bir yerdə görəcəyimiz hələ çox iş var”.

ABŞ-li basketbolçu Azərbaycandan kənarda olduğu müddətdə ölkə çempionatını izlədiyini də deyib:

“Ölkə xaricində olsam da, ABL-i izləyirdim. Çempionat artıq daha maraqlı və gərgin mübarizə şəraitində keçir”.

T.Kirk “Sumqayıt”ın qarşısına qoyduğu məqsədlərdən də danışıb:

“Əsas məqsədimiz bacardığımız qədər çox oyunda qalib gəlməkdir. Əvvəlcə, pley-offun dörd ən güclü komandası sırasında yer almaq, daha sonra isə çempion olmaq istəyirik!”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑