İdman · İdman.biz

Ravin Alməmmədov dünya çempionatını 12-ci pillədə başa vurub - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ravin Alməmmədov dünya çempionatını 12-ci pillədə başa vurub - FOTO xəbəri üçün şəkil

Azərbaycanlı ağırlıqqaldıran Ravin Alməmmədov Çinin Ninqbo şəhərində keçirilən dünya çempionatında mübarizəsini başa vurub.

İdman.Biz xəbər verir ki, 85 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz birdən qaldırma hərəkətində 162 kq ağırlığın öhdəsindən gəlib.

Alməmmədov təkanla qaldırmada isə 198 kq nəticə göstərib. İki hərəkətin cəmində 360 kq toplayan atletimiz dünya çempionatını 12-ci pillədə tamamlayıb.

Qeyd edək ki, Ravin Alməmmədov 85 kq çəki dərəcəsində mübarizə aparan idmançılar arasında ən gənc iştirakçı olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑