“Bavariya” və Fransa millisinin keçmiş müdafiəçisi Biksant Lizarazyu ” Real”ın hücumçusu Kilian Mbappeni “Qızıl top” kampaniyasına görə tənqid edib.
Publika.az xəbər verir ki, Lizarazyu bu barədə “Telefoot”da bildirib:
“Keçən mövsüm Mbappe hər tərəfdən sərt tənqid olunanda mən tez-tez onu müdafiə edirdim. O, əla Dünya Kuboku keçirdi. O, Fransa millisinin kapitanı kimi ardıcıl idi və komandanın maraqlarını birinci yerə qoyurdu.
Amma “Qızıl top”dan əvvəl o, çox əsəbiləşmişdi. Bu, mənim heç xoşuma gəlmədi. Mbappe ifrat fərdiyyətçiliyə, özünü reklam etməyə başladı və təvazökarlığı və hər kəsi unutdu. Elə hiss olunurdu ki, mövcud olan tək odur, digərləri isə sadəcə mövcud deyil.
Kollektiv dəyərlər Fransa milli komandasını qələbəyə aparacaq. O, son vaxtlar klublarını uğura apara bilməyib. O, komandalarının qələbə qazanmasına kömək etmir və bu barədə düşünməlidir. Çoxlu qol vura bilərsiniz, amma əsas məqsəd komandanın qələbə qazanmasına kömək etməkdir. Ən vacib şey budur”.




