İdman · Futbolpress.az

Xankəndidə seminar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xankəndidə seminar xəbəri üçün şəkil

Xankəndi şəhərində azyaşlı və yeniyetmə cüdoçuların peşəkar bacarıqlarının artırılması məqsədilə xüsusi təlim seminarı baş tutub.

Futbolpress.az xəbər verir ki, tədbir yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Kotaro Sasaki, məşqçi Asiman Allahverdiyev və Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin eksperti Elçin Mayılovun rəhbərliyi ilə həyata keçirilib.

Seminar zamanı iştirakçılar üçün əyləncəli oyunlar əsasında isinmə və koordinasiya çalışmaları təşkil olunub. Həmçinin cüdonun təməllərindən sayılan uçi-komi və naqe-komi elementləri üzrə xüsusi məşqlər aparılıb. Tədbirin texniki hissəsində isə gənc idmançılara ko-uçi-qari, o-uçi-qari və seoi-naqe fəndlərinin düzgün icra qaydaları, eləcə də fəndlərin giriş və tamamlanma ardıcıllığı əyani şəkildə izah edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑