İdman · Publika.az

Ronaldo “Əl-Nəsr”in heyətindən çıxarıldı - Asiya turnirinin taleyi sual altındadır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldo “Əl-Nəsr”in heyətindən çıxarıldı - Asiya turnirinin taleyi sual altındadır xəbəri üçün şəkil

Portuqaliyalı ulduz Kriştiano Ronaldo “Əl-Nəsr”in Asiya Çempionlar Liqasında Özbəkistanın “Paxtakor” komandası ilə keçirəcəyi səfər oyununun heyətinə daxil edilməyib. Baş məşqçi Anqe Postekoqlu sıx oyun qrafikini nəzərə alaraq bir sıra aparıcı futbolçulara istirahət vermək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Ronaldo ilə yanaşı, Kinqsli Koman və Məhəmməd Simakan da Daşkəndə yollanacaq heyətdən kənarda qalıblar. 41 yaşlı portuqaliyalı hücumçu ötən həftə Səudiyyə Ərəbistanı çempionatında het-trik edərək karyerası ərzində vurduğu qolların sayını 985-ə çatdırıb.

Postekoqlu qərarını futbolçuların sıx oyun qrafiki və uzun səfərlər səbəbindən fiziki vəziyyətlərinin qorunması ilə izah edib. Onun sözlərinə görə, komanda mövsümün əvvəlində yaşadığı çətinliklərə baxmayaraq, hazırda yaxşı oyun səviyyəsinə çatıb.

Bu arada, regionda davam edən təhlükəsizlik problemləri Asiya futbol turnirlərinin təqvimini də sual altına salıb. Əvvəlki oyunların bir qismi təhlükəsizlik səbəbindən təxirə salınıb. Hətta husilərin raket hücumları ilə bağlı məlumatlardan sonra “Əl-Nəsr”in oktyabrın 12-də keçirilməli olan ev oyunu da baş tutmayıb.

Yaxınlaşan Asiya Kubokunun Səudiyyə Ərəbistanında keçirilməsi ilə bağlı da narahatlıqlar artır. Yaponiya Futbol Assosiasiyasının prezidenti Tsuneyasu Miyamoto ölkədəki vəziyyətin hələ də təhlükəsiz görünmədiyini bildirərək turnirin orada təşkilinə şübhə ilə yanaşıb.

Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə isə yekun qərarın noyabrın sonunadək veriləcəyini açıqlayıb. Onun sözlərinə görə, zərurət yaranarsa, turnir 2028-ci ilə qədər təxirə salına bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑