İdman · Yeni Çağ

Azərbaycan Premyer Liqasının X turunda “Sumqayıt” “Şəfa” ilə bərabərə qaldı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Premyer Liqasının X turunda “Sumqayıt” “Şəfa” ilə bərabərə qaldı - Yeni Çağ xəbəri üçün şəkil

Misli Premyer Liqasında X tura “Sumqayıt” – “Şəfa” oyunu ilə yekun vurulub.

Yenicag.az xəbər verir ki, “SOCAR Polymer Arena”da baş tutan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Bakı kollektivinin heyətində hesabı 31-ci dəqiqədə Musa Quel açıb. Ev sahibləri məğlubiyyətdən 71-ci dəqiqədə xilas ola biliblər. Ronaldo Vaskes yerli publikanı ayağa qaldırmaqla yekun hesabı müəyyənləşdirib.

“Sumqayıt” 9 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. “Şəfa” isə 4 xalla onbirincidir.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X turun əvvəlki matçlarında “Turan Tovuz” “Sabah”ı (3:2), “Neftçi” “Şamaxı”nı (3:2), “Kəpəz” “İmişli”ni (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) oyunlarında qalib müəyyənləşməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑