Azərbaycan Premyer Liqasının X turunda səfərdə “Şamaxı”nı məğlub edən “Neftçi” bərpa məşqi keçirib.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” qələbə oyunundan dərhal sonra “Palms Sports” Futbol Mərkəzində toplaşaraq bərpaedici məşq prosesini yerinə yetiriblər.
Paytaxt təmsilçisi növbəti sınağına hazırlaşır. Misli Premyer Liqasının 11-ci turu çərçivəsində baş tutacaq “Neftçi” – “Kəpəz” qarşılaşması noyabrın 6-da, saat 20:00-da “Palms Sports Arena”da start götürəcək.





