Pap Qeye fərdi səviyyədə böyük uğurlar qazanmaq, xüsusilə də Afrika Qızıl Topu mükafatını əldə etmək niyyətində olduğunu açıq şəkildə bəyan edib.
Offsideplus.az xəbər verir ki, o, dünyanın ən yaxşı oyunçularına qarşı mübarizə aparmaqla və vacib matçlarda özünü göstərməklə bu mükafatlara iddialı ola biləcəyinə inanır.
“Bu qarşılaşmalar mənim təqvimimdə qırmızı rənglə qeyd olunub, narahat olmayın. Komanda lideri kimi nümunə olmaq da mənim üzərimə düşür. Məhz bu səviyyədə bəzi insanlar məndən nəticə gözləyirlər. Mən də özümü dünyanın ən yaxşı yarımmüdafiəçiləri ilə müqayisə etmək, onlarla rəqabət apara biləcəyimi və bu cür komandada yerim ola biləcəyini göstərmək istəyəm. Hər kəs bu cür oyunları izlədiyinə görə, əgər yaxşı çıxış etsəm, fərdi kuboklar da arxasınca gələcək.”


