İdman · Ölkə.az

Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib xəbəri üçün şəkil

Bu barədə Ölkə.az-a ACF-dən məlumat verilib.

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə baş tutan imtahanda 78 cüdoçu iştirak edib.

İdmançılar yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑