Bakı, 2 noyabr,
Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanır. Bu komandaların önündə isə “Qarabağ” gəlir. Bir türk olaraq bu uğurlar məni çox sevindirir. Azərbaycan klublarının Avropadakı çıxışlarını qürurla izləyir, bu nailiyyətlərin davamlı olmasını arzulayıram.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə millisinin və Rusiyanın "Rubin" (Kazan) komandasının sabiq futbolçusu Gökdeniz Karadeniz deyib.
O bildirib ki, Azərbaycan futbolu davamlı inkişaf etməlidir: “Bunun üçün nə qədər sərmayə qoyulduğunu dəqiq bilməsəm də, son illər Azərbaycan futbolunda müşahidə olunan yüksəlişi çox müsbət qiymətləndirirəm. Ümid edirəm ki, bu inkişaf davamlı olacaq və Azərbaycan futbolu Avropada daha böyük uğurlara imza atacaq."
Müxbir - Cavid Əliyev





