Bakı. Trend:
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ilk dəfə Xankəndi şəhərində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
İmtahan Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə təşkil olunub. İmtahanda 78 cüdoçu iştirak edib.
İdmançılar yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ, həmçinin nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.




