İdman · Bizim.Media

Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi - Foto

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi - Foto xəbəri üçün şəkil

“Real”ın baş məşqçisi Joze Mourinyo London “Arsenal”ının futbolçusu Rikardo Kalafiorinin transferində maraqlıdır.

Bizim.Media xəbər verir ki, bu haqda "TEAMtalk" məlumat yayıb.

Madrid təmsilçisinin nümayəndələri italiyalı müdafiəçinin çıxışlarını yaxından izləyir və artıq onun ətrafına transfer marağı barədə məlumat veriblər. Mourinyo 24 yaşlı futbolçunu dünyanın ən yaxşı sol cinah müdafiəçilərindən biri hesab edir.
 

Bununla belə, “Arsenal” hazırda Kalafiorini satmaq niyyətində deyil. Əksinə, London klubu 2027-ci ildə müdafiəçi ilə yeni müqavilə üzrə danışıqlara başlamağı planlaşdırır.


Bildirilir ki, Kalafiorinin transferi baş tutmasa, “Real” alternativ variant kimi “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiolu nəzərdən keçirir.

Qeyd edək ki, Kalafiori bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.



Bizim.Media 
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑