İdman · İdman.biz

Kamavinqaya hücum edən “Barselona” azarkeşi 650 min avro cərimələnə bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kamavinqaya hücum edən “Barselona” azarkeşi 650 min avro cərimələnə bilər xəbəri üçün şəkil

“Barselona” və “Real Madrid” arasında keçirilən “El-Klasiko” zamanı Eduardo Kamavinqaya və Madrid klubunun digər futbolçularına bayraq dirəyi ilə hücum etməyə çalışan azarkeş müəyyənləşdirilib.

İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya polisi hadisəni törədən şəxs barəsində idman qanunvericiliyi əsasında inzibati şikayət irəli sürüb.

Hadisə oktyabrın 25-də “Kamp Nou” stadionunda keçirilən qarşılaşmada baş verib. “Real Madrid”in ikinci qolundan sonra futbolçuların sevinci zamanı azarkeş onlara bayraq dirəyi ilə zərbə endirməyə çalışıb.

La Liqa hadisə ilə bağlı İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsinə müraciət edib və araşdırma başlanıb.

Pozuntu ağır kateqoriyaya aid edilərsə, azarkeşi 3 min avrodan 60 min avroyadək cərimə və altı aydan iki ilədək idman obyektlərinə giriş qadağası gözləyir. Çox ağır pozuntu kimi qiymətləndirildiyi halda isə cərimə 60 mindən 650 min avro arasında dəyişə, qadağa iki ildən beş ilədək uzana bilər.

Hadisə nəticəsində xəsarət və maddi ziyan qeydə alınmadığı üçün pozuntunun ağır kateqoriyaya aid ediləcəyi gözlənilir.

Müəyyənləşdirilən azarkeşin “Barselona”nın “Grada 1957” tribunasında fəaliyyət göstərən azarkeş qruplarından birinin üzvü olduğu bildirilir.

Klubun təhlükəsizlik xidməti həmin şəxsin müəyyənləşdirilməsində polisə fəal kömək edib. Materiallar “Barselona”nın İntizam Komissiyasına da göndəriləcək və azarkeş barəsində klubdaxili tədbirlərin görülməsi nəzərdən keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑