İdman · İdman.biz

Holandın “Barselona”ya mümkün transferindən “Arsenal” da qazanacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Holandın “Barselona”ya mümkün transferindən “Arsenal” da qazanacaq xəbəri üçün şəkil

“Mançester Siti”nin hücumçusu Erlinq Holandın “Barselona”ya mümkün keçidi “Arsenal”ın Madrid “Atletiko”sunun futbolçusu Xulian Alvaresi transfer etmək şanslarını artıra bilər.

İdman.Biz “TEAMtalk”a istinadən xəbər verir ki, Kataloniya klubu hələ də Alvareslə maraqlanır, lakin hücum xəttini gücləndirmək üçün digər variantları da nəzərdən keçirir. Bunlardan biri klubun ehtimal olunan maliyyə pozuntuları işi ətrafındakı vəziyyət fonunda “Mançester Siti”ni tərk edə biləcək Holanddır.

Məlumata görə, əgər “Barselona” norveçli hücumçunun transferinə qərar versə, Kataloniya klubu faktiki olaraq Alvares uğrunda mübarizədən çəkiləcək. Bu isə öz növbəsində “Arsenal”ın argentinalı futbolçunu heyətinə qatmaq şanslarını artıra bilər.

Qeyd olunur ki, son həftələrdə Alvaresin nümayəndələri onun gələcəyini ətraflı müzakirə ediblər. Tərəflər nəzərə alırlar ki, “Atletiko”nu tərk etmək qərarına gəlinəcəyi təqdirdə, forvardın idman ambisiyalarına cavab verə biləcək klubların sayı məhduddur.

Potensial variantlar sırasında “Arsenal” da yer alır. London klubu hələ ötən yay Alvaresi transfer etməyə cəhd göstərib və futbolçu ətrafındakı vəziyyəti izləməkdə davam edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑