Dünya · Günün Səsi

Japarov: Azərbaycan AQEM-in güclənməsinə böyük töhfə verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Japarov: Azərbaycan AQEM-in güclənməsinə böyük töhfə verib xəbəri üçün şəkil

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) güclənməsi istiqamətində böyük işlər görüb və təşkilata mühüm töhfələr verib.

Gununsesi.info xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov AQEM-in 7-ci Zirvə Görüşünün plenar iclasında deyib.

O bildirib ki, təşkilatın gücləndirilməsi, o cümlədən rəqəmsallaşmanın inkişafı əsas vəzifələrdəndir.

Japarov Qırğızıstanın AQEM-i açıq dialoq üçün mühüm platformalardan biri hesab etdiyini vurğulayıb.

“ Təşkilat etimadın artırılması üçün mühüm rol oynayır”, – Qırğızıstan Prezidenti qeyd edib.

O, Yaxın Şərqdə baş verən hadisələri narahatlıqla izlədiklərini bildirərək, münaqişənin genişlənməsini yolverilməz hesab etdiklərini deyib.
Japarov Əfqanıstan məsələsinə də toxunub. Onun sözlərinə görə, ölkənin təcrid olunmasına yox, beynəlxalq ictimaiyyətin birgə dəstəyinə ehtiyacı var.
Qırğızıstan Prezidenti, həmçinin ölkəsinin Fələstin xalqını dəstəklədiyini vurğulayıb.
O qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin liderləri regionda bir sıra problemlərin həllinə nail olublar və digər bölgələrdəki problemlərin aradan qaldırılmasına da töhfə verməyə hazırdırlar.

Japarov AQEM-in Asiyanın davamlı inkişafına dəstək verməsinin, investisiyaların cəlb edilməsinin və sənaye əməkdaşlığının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
“Rəqəmsallaşma iqtisadiyyat üçün çox önəmlidir. Qırğızıstan da bu istiqamətdə irəliləyir”, – o bildirib.

Qırğızıstan Prezidenti nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsinin, enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin və turizmin inkişafının AQEM üçün əhəmiyyətini vurğulayıb.

O, iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi sahələrində də əməkdaşlığın vacib olduğunu qeyd edib.
Japarov Azərbaycanın 2028-ci ilə qədər AQEM-ə sədrliyini dəstəklədiyini qeyd edib.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑