Dünya · Konkret.az

Qardaş ölkə Rusiya vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirəcək | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qardaş ölkə Rusiya vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirəcək | KONKRET xəbəri üçün şəkil

2027-ci il iyulun 1-dən Qazaxıstana daxil olmaq istəyən bir sıra ölkələrin vətəndaşları elektron icazə almalı olacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Zakon” portalı oktyabrın 10-da qəbul edilmiş hökumət qərarına istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, 2027-ci ilin iyulundan etibarən Rusiya, ABŞ, Almaniya və Avropa İttifaqının digər ölkələrinin vətəndaşları da daxil olmaqla, bir sıra dövlətlərin vətəndaşları üçün elektron icazənin alınması ölkəyə girişin məcburi şərti olacaq. Müvafiq icazə olmadan ölkəyə girişə icazə verilməyəcək.

Müraciət Qazaxıstanın QazETA onlayn portalı vasitəsilə ölkəyə girişdən ən azı 72 saat əvvəl təqdim edilməlidir. Elektron icazə 180 gün müddətinə ödənişsiz veriləcək.

Daha əvvəl bildirilmişdi ki, vizasız rejim tətbiq olunan ölkələrin, o cümlədən Rusiyanın vətəndaşları üçün Qazaxıstana təyyarə ilə səfər edərkən elektron giriş icazəsinin alınması artıq noyabrın 1-dən məcburi olacaq.

Lakin Qazaxıstan hakimiyyəti sonradan dəqiqləşdirib ki, noyabr ayından etibarən belə icazənin alınması zərurəti Aktau hava limanında və dörd avtomobil sərhəd-keçid məntəqəsində gələn sərnişinlərə izah ediləcək. Bu mərhələdə icazənin olmaması ölkəyə girişdən imtina üçün əsas sayılmayacaq.

Yanvar ayından etibarən analoji tədbirlər Astana və Almatı hava limanlarında da tətbiq olunacaq. Həmin mərhələdə də elektron icazənin olmamasına görə ölkəyə girişdən imtina edilməyəcək.

Ağagül Mürsəlov,

KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑