ABŞ Böyük Britaniyadan Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmağı xahiş etməyib.
Publika.az xəbər verir ki, bu barədə “The Times” nəşri NATO-dakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, hazırda kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılacağına dair heç bir əlamət yoxdur.
Qeyd edək ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Moskvanın ABŞ-ın peyk rabitəsi sistemi “Starlink”in fəaliyyətinə məhdudiyyətlər qoyulması barədə məlumata malik olmadığını bildirmişdi.
Müəllif: Roza



