Dünya · Bizim.Media

Xüsusi səfir təyin edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xüsusi səfir təyin edildi xəbəri üçün şəkil

Donald Tramp administrasiyası Barbara Tornhilli ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə və monitorinq üzrə xüsusi tapşırıqlar üzrə səfiri təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Rayli Barns "X" sosial şəbəkəsində yazıb.

Məlumata görə, Tornhill bu vəzifədə insan alverinin qarşısının alınması, zərərçəkənlərin müdafiəsi və təqsirkarların məsuliyyətə cəlb olunması istiqamətində beynəlxalq səyləri əlaqələndirəcək.

Onun vəzifələrinə, həmçinin digər ölkələrin bu sahədəki siyasətinin qiymətləndirilməsi, xarici tərəfdaşlar və müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi daxil olacaq.

Qeyd edək ki, Tornhillin namizədliyi mayın 11-də Senatın müzakirəsinə təqdim edilib. İyunun 25-də o, Senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə iştirak edib.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑