Dünya · Trend.az

Bu ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkədə yalnız kəbinlə nikaha girənlər 1840 dollar cərimələnəcək xəbəri üçün şəkil

Bakı.Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin qanunvericiliyinə dəyişiklik və əlavələri nəzərdə tutan qanunu imzalayıb.

Dəyişikliklər nikahın Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanında (VVAQ) rəsmiləşdirilmədən kəbin əsasında izdivac mərasiminin keçirilməsinə görə cərimələrin artırılmasını nəzərdə tutur.

Sənəd milli qanunvericilik bazasının rəsmi saytında dərc olunub.

Qanun parlamentin Qanunvericilik Palatası tərəfindən qəbul edilib, Senat tərəfindən təsdiqlənib və rəsmi dərc olunduğu andan qüvvəyə minib.

“Özbəkistan Respublikasının İnzibati Məsuliyyət Məcəlləsinin 47-3-cü maddəsinə (nikah yaşına dair qanunvericiliyin və ya nikahın bağlanması qaydasının pozulması) dəyişikliklər edilsin”, – deyə sənəddə qeyd olunub.

Dəyişikliyə əsasən, nikahın VVAQ orqanında qeydiyyata alınmadan dini mərasiminin keçirilməsinə görə cərimə 30-50 baza hesablama vahidinədək (BHВ) artırılıb. Bu, təxminən 1 200-1 840 dollar təşkil edir. Əvvəllər cərimə 15-30 baza hesablama vahidi (təxminən 550-1 100 dollar) məbləğində idi.

Həmçinin 18 yaşına çatmamış şəxslərin nikaha daxil olmasına görə cərimələrin 10-15 baza hesablama vahidi (təxminən 400-550 dollar) artırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2017-ci ildə Özbəkistan Prezidenti məscid imamlarına nikahın VVAQ orqanında qeydiyyata alınmasından əvvəl müsəlman adət-ənənələrinə uyğun nikah mərasimi keçirməyi qadağan edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑