Dünya · Axar.az

Ukraynada “Starlink” məhdudiyyəti qaldırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynada “Starlink” məhdudiyyəti qaldırıldı xəbəri üçün şəkil

Bu gündən etibarən Ukraynada “Starshield”in fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlı vəziyyət yaxşılaşıb.

Axar.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

“15 oktyabr tarixindən etibarən, “Starlink”in "hərbi paket" versiyası olan “Starshield”in işləməsi bərpa olunub və davam edir. Müdafiə Nazirliyindəki rəsmilər hərbi hissələrdən daxil olan məlumatlar əsasında bunu qeydə alırlar”, - məlumatda bildirilib.

Qeyd edək ki, "Starlink" məhdudiyyətləri səbəbindən Ukrayna ordusu döyüş tapşırıqlarını ləğv etmək məcburiyyətində qalmışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑