Polşa çempionatında XIII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” öz meydanında “Poqon”u qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı iradəli qələbəsi ilə başa çatıb.
Qonaqlar matçın 5-ci dəqiqəsində Çurlinovun qolu ilə önə keçsələr də, ikinci hissədə “Rakuv” oyunda dönüş etməyi bacarıb. 47-ci dəqiqədə Patrik Makuç bərabərlik qolunu vurub. Bu epizodda məhsuldar ötürməni Mahir Emreli verib. Döyüşkən oyunu ilə diqqət çəkən Emreli start heyətində yer alıb və 71-ci dəqiqədə Olivier Kviatkovski ilə əvəzlənib. Meydan sahiblərinin digər qollarını 73-cü dəqiqədə Rakovitan və 90+7-ci dəqiqədə Pienko vurublar.
Emrelinin iştirakı ilə vurulan qolu buradan izləyə bilərsiniz.
Qeydə alınan nəticə:
Polşa çempionatı
XIII tur
Rakuv – Poqon 3:1
Qollar: Patrik Makuç, 47, Rakovitan, 73, Pienko, 90+7 – Çurlinov, 5
Bu nəticədən sonra mövsümdə 3-cü qələbəsini qazanan “Rakuv” xallarının sayını 9-a çatdırıb və sonuncu pillədən qurtularaq turnir cədvəlinin 17-ci sırasına yüksəlib.




