İngiltərə Premyer Liqasında IX turun növbəti qarşılaşması başa çatıb.
Futbolpress.az xəbər verir ki, “Sent Ceyms Park” stadionunda “Nyukasl Yunayted” doğma azarkeşləri önündə “Everton”u qəbul edib. Gərgin mübarizə şəraitində keçən matçda qonaqlar minimal hesablı qələbə qazanıblar.
Görüşün taleyini həll edən yeganə qol ikinci hissənin əvvəlində qeydə alınıb. 49-cu dəqiqədə Tyerno Bari dəqiq zərbə ilə “Everton”u önə keçirib. Qalan dəqiqələrdə meydan sahiblərinin hesabı bərabərləşdirmək cəhdləri nəticə verməyib və Mersisayd təmsilçisi səfərdən 3 xalla ayrılıb.
Qeydə alınan nəticə:
İngiltərə Premyer Liqası
IX tur
Nyukasl Yunayted – Everton 0:1
Qol: Tyerno Bari, 49




