İdman · Azxeber.com

İspaniya çempionatında futbolçunun ürəyi dayandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniya çempionatında futbolçunun ürəyi dayandı xəbəri üçün şəkil
Futbol üzrə İspaniya Sequndasının 12-ci turunda "Tenerife" və "Andorra" komandaları arasında keçirilən matç zamanı ev sahiblərinin hücumçusu Xesus de Migel rəqib qapıçının sərt müdaxiləsindən sonra huşunu itirib. Onun ürəyinin də dayandığı bildirilir.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, insident matçın əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə baş verib.   "Andorra"nın qapıçısı Xesus Ovono hücumçunun qarşısını almağa çalışarkən kobud oyuna yol verib. Hakim dərhal qapıçıya birbaşa qırmızı vərəqə göstərib.
Meydana daxil olan həkim briqadası bir neçə dəqiqə ərzində futbolçuya tibbi yardım göstərib. Bu zaman tribunadakı azarkeşlər meydandan qovulan qapıçıya qarşı "qatil" şüarları səsləndiriblər.
Daha sonra de Migel xərəkdə meydandan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Hazırda futbolçunun vəziyyətinin stabilləşdirildiyi bildirilir. O, həkimlərin nəzarəti altındadır və sərbəst nəfəs alır.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑