İdman · Futbolpress.az

La Liqa: “Deportivo”dan geridönüş

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
La Liqa: “Deportivo”dan geridönüş xəbəri üçün şəkil

İspaniya La Liqasında XI turun qarşılaşmaları davam edir.

Futbolpress.az xəbər verir ki, “Deportivo” doğma azarkeşləri önündə “Osasuna”nı qəbul edib. Gərgin keçən mübarizədə meydan sahibləri iradə nümayiş etdirərək qələbə qazanıblar – 2:1.

Qarşılaşmada hesabı qonaqlar açıblər. 32-ci dəqiqədə Ante Budimir “Osasuna”nı önə keçirib və komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə təzyiqi artıran “Deportivo” 64-cü dəqiqədə Mario Sorianonun dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Matçın sonlarına doğru, 87-ci dəqiqədə isə səhnəyə çıxan Bil Nsonqo qələbə qolunu vuraraq komandasına 3 xal qazandırıb.

Qeydə alınan nəticə:

İspaniya La Liqası

XI tur

Deportivo – Osasuna 2:1

Qollar: Mario Soriano, 64, Bil Nsonqo, 87 – Ante Budimir, 32

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑