İdman · İdman.biz

“Deportivo” “Osasuna”ya qarşı geridönüş etdi - qələbə qolu 87-ci dəqiqədə vuruldu - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Deportivo” “Osasuna”ya qarşı geridönüş etdi - qələbə qolu 87-ci dəqiqədə vuruldu - VİDEO xəbəri üçün şəkil

İspaniya La Liqasının 11-ci turunda “Deportivo” doğma meydanda “Osasuna”nı 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı qonaqlar açıblar. “Osasuna”nın hücumçusu Ante Budimir 32-ci dəqiqədə fərqlənərək komandasını önə keçirib.

İlk hissə qonaqların minimal üstünlüyü ilə başa çatıb. Fasilədən sonra isə “Deportivo” hesabı bərabərləşdirməyi bacarıb. Mario Soriano 64-cü dəqiqədə fərqlənərək tarazlığı bərpa edib.

Meydan sahibləri bununla kifayətlənməyiblər. Görüşün 87-ci dəqiqəsində Bil Nsonqo rəqib qapısına yol taparaq komandasına qələbə qazandırıb.

Beləliklə, “Deportivo” hesabda geri düşdüyü qarşılaşmada əzmkar qələbəyə sevinib, “Osasuna” isə üstünlüyünü qoruya bilməyərək meydanı xalsız tərk edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑