“Tottenhem” rəhbərliyi baş məşqçi Roberto De Zerbi ilə bağlı qərarını verib.
Futbolpress.az xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məlumat yayıb.
London təmsilçisi mövsümün sonuna kimi mütəxəssisi postunda saxlayacaq. Komandanın uğursuz nəticələrinə baxmayaraq, rəhbərlik ona şans verməyi qərara alıb.
İtaliyalı çalışdırıcı yaydan “Tottenhem”ə rəhbərlik edir.
Komanda Premyer Liqada 6 turdan sonra 3 xalla 18-ci sıradadır.





