İdman · İdman.biz

Ronaldunun bir il əvvəlki müsahibəsi yenidən gündəmə gəldi: “Tarixin ən yaxşısı mənəm və nöqtə”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldunun bir il əvvəlki müsahibəsi yenidən gündəmə gəldi: “Tarixin ən yaxşısı mənəm və nöqtə” xəbəri üçün şəkil

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun özünü futbol tarixinin ən yaxşı oyunçusu adlandırdığı müsahibə yenidən gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, “CNN Portugal”ın təxminən bir il əvvəl yayımlanan müsahibəni yenidən paylaşması sosial şəbəkələrdə çaşqınlığa səbəb olub. Bəzi istifadəçilər müsahibənin köhnə olduğunu bilmədikləri üçün açıqlamanı yeni kimi qəbul ediblər.

Ronaldu həmin müsahibədə özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyini bildirib.

“Tarixin ən yaxşısı mənəm. Və nöqtə”, – deyə 41 yaşlı hücumçu vurğulayıb.

O, həmçinin argentinalı ulduz Lionel Messi ilə rəqabətini “Formula-1”də Ayrton Senna ilə Alen Prost arasındakı mübarizəyə bənzədib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldu karyerasında 1000 qol həddinə çatmağı hədəfləyir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasında 980-ci qolunu vurub.

41 yaşlı portuqaliyalı oktyabrın 9-da Səudiyyə Ərəbistanı çempionatının onuncu turunda “Əl-Diriyah” ilə ev oyununda fərqlənib.O, 1000 qol həddinə çatmağı hədəfləyir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑