Avropa çempionatının I təsnifat mərhələsinə (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hazırlaşan qadın voleybolçulardan ibarət U-20 Azərbaycan yığmasısının İzmirdəki təlim-məşq toplanışı başa çatıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Gökhan Edmanın rəhbərlik etdiyi milli komanda hazırlıq çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınayıb.
Yığma təlim-məşq toplanışının son mərhələsini Azərbaycanda keçəcək. Qubada təşkil olunacaq hazırlıq prosesində U-16 millisi də iştirak edəcək.
Qeyd edək ki, oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək Avropa çempionatının I təsnifat mərhələsində Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək. Yığma A qrupunda Polşa və Latviya ilə qarşılaşacaq.



