İdman · İdman.biz

Güləşçilərimiz dünya çempionatında üç gümüş medal qazandılar - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Güləşçilərimiz dünya çempionatında üç gümüş medal qazandılar - FOTO xəbəri üçün şəkil

Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, mundialda üç güləşçimiz fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Fikrət Bağırov (70 kq) və Elgiz Məmmədov (100 kq), sərbəst güləşdə isə Elçin Həsənov (70 kq) gümüş medal qazanıb.

Dünya çempionatında Azərbaycanı dörd hakim təmsil edib. I dərəcəli beynəlxalq hakim Elman İsmayılov əsasən xalça rəhbəri kimi görüşlərin idarəçiliyində əsas söz sahibi olub. Milli dərəcəli referilər Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə daha çox xalçada orta hakim funksiyasını yerinə yetiriblər. Onlar, həmçinin, beynəlxalq kateqoriya almaq üçün keçirilən imtahanlarda iştirak ediblər. İmtahanın nəticələri 2026-cı ilin sonunadək açıqlanacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑