İdman · Apasport.az

“Arsenal” üç futbolçusu ilə müqaviləni yeniləyəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Arsenal” üç futbolçusu ilə müqaviləni yeniləyəcək xəbəri üçün şəkil

İngiltərənin “Arsenal” klubu üç futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, London təmsilçisi yarımmüdafiəçilər Deklan Rays və Martin Odeqard, həmçinin müdafiəçi Yurrien Timberlə yeni sözləşmə imzalamaq niyyətindədir.

Tərəflər arasında danışıqlar bir neçə aydır davam edir. Hazırda yeni müqavilələrin son detalları müzakirə olunur və razılığın əldə edilməsinə az qalıb.

Klub rəhbərliyi danışıqları noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı yekunlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, hər üç futbolçu “Arsenal”ın əsas heyətinin üzvlərindəndir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑