“Qarabağ” Futbol Klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev işindən ayrılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə klub paylaşım edib.
Qeyd olunub ki, o öz istəyi ilə bu qərarı verib.
2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb.




