Hər kəs "Sabah"dan "Slaviya" ilə matçda qələbə gözləyir.
Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
"Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir. Sabah meydanda hər şey baş verə bilər. Əsas odur ki, meydanda düşündüklərimizi icra edək və 3 xal qazanaq", - baş məşqçi bildirib.
Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.


