"Qarabağ" futbol klubunda kadr dəyişikliyi baş verib.
Ağdam təmsilçisindən Axar.az-a verilən məlumata görə, klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.
2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğunu, 1 dəfə ölkə kubokunu qazanıb.
Klubdakı fəaliyyəti dövründə nüfuzlu Yohan Kroyf institutunun diplomunu alan Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.





