Ölkə.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını qeyd edərək Azərbaycan təmsilçisinin inkişafını yüksək qiymətləndirib:
“Futbolun gözəlliyi ondadır ki, hər klubun özünün bir hekayəsi var. Düşünürəm ki, "Sabah"dakı insanlar bu işi həqiqətən çox yaxşı bacarırlar. "Sabah" yarandığı qısa müddət ərzində liqa mərhələsinə düşməyi bacarıb. Bu, onlar üçün əla göstəricidir. "Sabah" çox yaxşı komandadır”.
Qeyd edək ki, “Sabah” – “Slaviya” oyunu oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.



