İdman · Axar.az

"Sabah" tarix yazır - "Slaviya"nın baş məşqçisi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Sabah" tarix yazır - "Slaviya"nın baş məşqçisi xəbəri üçün şəkil

Hər kəsin fərqli hekayəsi var. Bəzən böyük tarixə malik klubun bir hissəsi olursan, bəzən isə nəyisə sıfırdan qurmaq imkanı əldə edirsən. Düşünürəm ki, “Sabah”da futbolçular bunu çox yaxşı bacarırlar və gördükləri işdən zövq almalıdırlar. Çünki onlar klubun təməlini qoyur, tarixini yazırlar.

Axar.az xəbər verir ki, bu sözləri Çexiyanın “Slaviya Praqa” klubunun baş məşqçisi Yindrjix Trpişovski UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda “Sabah”a qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, milli komandaların oyunları ilə əlaqədar fasilə hər kəs üçün fərqli keçir:

“Bu, futbolçuların hansı ölkəni təmsil etməsindən, milli komandalarında neçə oyun keçirməsindən və nə qədər səyahət etməsindən asılıdır. Burada da oyunçuların vəziyyəti fərqlidir. Bəzi futbolçular uzun müddətdir, hətta üç həftəyə yaxındır ki, dincəlmək, özlərinə gəlmək və oyun proqramını bərpa etmək imkanı əldə ediblər. Ümid edirəm ki, bu, meydanda özünü göstərəcək. Hansı futbolçuların xidmətindən yararlana bilməyəcəyimizi bilirik. Bununla yanaşı, komandamıza yeni futbolçular qoşulub. Ümid edirik ki, yeni itkilərlə üzləşməyəcəyik. Hazırda biz Avropada bir neçə turnirdə iştirak edən, sıx oyun qrafiki ilə çıxış edən digər komandalarla oxşar vəziyyətdəyik. Bəzi futbolçularımız milli komandaların düşərgəsindədirlər və onların tezliklə geri qayıtmalarını istəyirik. Təəssüf ki, bəzilərinin zədələnməsi də mümkündür. Bu, son dövrlərdə futbolun ümumi mənzərəsidir”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑