İdman · Publika.az

“Barselona” da Messi üçün vida oyunu keçirəcək: Tarix bəllidir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Barselona” da Messi üçün vida oyunu keçirəcək: Tarix bəllidir xəbəri üçün şəkil

“Barselona”nın idarə heyətinin keçmiş üzvü Toni Freyşa Kataloniya klubunun Lionel Messi ilə vida mərasimi təşkil edəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, “The Touchline” onun sözlərini sitat gətirib:

“Barselona” bir il yarım ərzində “Kamp Nou”da Leo Messi üçün vida mərasimi keçirəcək . Bu, artıq təsdiqlənib”.

Messi “Barselona”nın gənclər sisteminin məhsuludur. Argentinalı futbolçu 2004-cü ildən 2021-ci ilə qədər böyüklər komandasında oynayıb. Bu müddət ərzində o, on liqa titulu və dörd Çempionlar Liqası da daxil olmaqla çox sayda titul qazanıb.

2021-ci ildə Messi klubun maliyyə problemləri səbəbindən “Barselona”dan ayrıldı. 2023-cü ilin yayından hücumçu “İnter Mayami”də oynayır. 39 yaşlı futbolçunun Amerika komandası ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.

Publika.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑