İdman · Offsideplus.az

Messini unudun, ən yaxşısı Ronaldodur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messini unudun, ən yaxşısı Ronaldodur xəbəri üçün şəkil
"Messini unudun, ən yaxşısı Ronaldodur"

Avropa Su İdman Növləri Federasiyasının (European Aquatics) prezidenti, portuqaliyalı Antoniu Silva həmyerlisi Kriştianu Ronaldonun məşhurluğundan söz açaraq, onu dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib.

Offsideplus.az xəbər verir ki, təşkilat rəhbəri mətbuata müsahibəsində futbolun digər idman növlərindən fərqləndiyini vurğulayıb:

"Üzgüçülükdə Kriştianu Ronaldo ilə müqayisə olunacaq idmançı var? Ümumiyyətlə, ona həddən artıq diqqət ayrılmır ki? Futbol sadəcə idman deyil, bir dindir. Dünyanın ən yaxşı futbolçusunun Kriştianu Ronaldo olduğuna heç bir şübhə yoxdur. Messini unudun.

Su idman növlərində də çoxlu ulduzlar var. Biz öz növlərimizin ulduzlarını təbliğ etmək üçün daha çox səy göstərməliyik. Bu vasitə ilə idmanın özünü də irəli apara bilərik".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑