Bakı, 12 oktyabr,
“Neftçi” basketbol komandasının FIBA Avropa Kubokunda Latviyanın VEF klubu ilə Bakıda keçirəcəyi oyunun məkanı dəyişib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Qarşılaşma oktyabrın 14-də “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq və saat 19:00-da başlayacaq.
Qeyd edək ki, matçın daha əvvəl Bakı İdman Sarayında oynanılması planlaşdırılırdı.



