Fransa Liqa 1-də IX turun yekun qarşılaşması keçirilib.
Futbolpress.az xəbər verir ki, turun son oyununda “Loryan” doğma azarkeşləri önündə “Brest”i qəbul edib. Gərgin keçən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Birinci hissəsi qolsuz bərabərliklə başa çatan matçda hesabı 69-cu dəqiqədə “Brest”in hücumçusu Lüdovik Ayorke açıb. Meydan sahiblərinin tarazlığı bərpa etmək cəhdləri nəticə verməyib. Qarşılaşmanın əlavə olunmuş vaxtında, 90+2-ci dəqiqədə isə Noa Ecuma ikinci qolu vuraraq qonaqların zəfərini rəsmiləşdirib.
Qeydə alınan nəticə:
Fransa Liqa 1
IX tur
Loryan – Brest 0:2
Qollar: Lüdovik Ayorke, 69, Noa Ecuma, 90+2




