PSJ Fransa Liqa 1-də “Havr”a qalib gəlib – 5:1.
Futbolpress.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike bu nəticə ilə rekorda imza atıb. “Havr” üzərində qələbə onun klubdakı 127-ci qalibiyyəti olub.
İspan mütəxəssis PSJ tarixində ən çox qələbə qazanan məşqçi kimi tarixə düşüb.
Paris klubu onun başçılığı altında 3 dəfə Liqa 1-i, 2 dəfə Çempionlar Liqasını qazanıb.



