İdman · Teleqraf

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı xəbəri üçün şəkil

BAKI, 31 oktyabr. TELEQRAF

Fransanın “Monako” klubunun hücumçusu Paris Brunner karyerasını Almaniyada davam etdirə bilər.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, Münhen “Bavariya”sı 20 yaşlı forvardı heyətinə qatmaq istəyir.

Almaniya nəhəngi Brunneri Harri Keynin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir və transfer yarışında favorit hesab olunur. Lakin hücumçu ilə PSJ, “Arsenal” və “Barselona” da maraqlanır.

Qeyd edək ki, almaniyalı futbolçu 2024-cü ilin avqustundan “Monako”da çıxış edir. Onun klubla müqaviləsi 2027/2028 mövsümünün sonunadək qüvvədədir. Transfermarkt portalı Brunnerin bazar dəyərini 15 milyon avro qiymətləndirir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑