Oyunçu karyerası ərzində “Real Madrid” və “Barselona” da oynamış Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto İspaniyaya ilk gəlişi ilə bağlı xatirələrini bölüşüb.
Publika.az xəbər verir ki, “Sport.es” Eto’onun sözlərini sitat gətirib: “İspaniyaya ilk dəfə 16 yaşımda gələndə Barahas hava limanında məni “Real Madrid”in heç kim qarşılamadı.
Orada işləyən afrikalı xadimə ilə danışana qədər bir az qorxdum. O, mənə dedi ki, növbəsinin sonuna qədər gözləsəm, məni klubun qərargahına aparacaq. Hələ də onunla əlaqə saxlayıram”.




