İdman · İdman.biz

“Səbail”in baş məşqçisi: “Futbolçularıma inanıram” - MÜSAHİBƏ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Səbail”in baş məşqçisi: “Futbolçularıma inanıram” - MÜSAHİBƏ xəbəri üçün şəkil

“İstədiyim məqam odur ki, futbolçularım bu oyunu öz liqamıza da keçirməlidirlər”.

Bunu Birinci Liqada çempionluq mübarizəsi aparan “Səbail”in baş məşqçisi Elnur Abdullayev sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan kubokunda “Zirə” ilə görüşdə növbəti mərhələyə vəsiqə qazanmağa yaxın idiniz. Bunun üçün nə çatmadı, keyfiyyət, təcrübə, yoxsa necə?

- ”Zirə”ni təbrik edirəm, uğurları bol olsun. Çox maraqlı, gərgin oyun oldu. Özüm məşqçi olaraq oyundan zövq aldım. İnanıram ki, futbolsevərlər, azarkeşlər də bu oyundan zövq aldılar. 120 dəqiqə mübarizə apardıq, baxımlı futbol oynadıq, futbolçularım tapşırıqları yerinə yetirdilər. Oyundan sonra futbolçularıma təşəkkür də etdim.

- Penaltilər seriyasında məğlub olsanız da, bu cür mübarizə yəqin ki, sizə Birinci Liqada çempionluq mübarizəsində böyük motivasiya verəcək?

- İstədiyim məqam odur ki, futbolçularım bu oyunu öz liqamıza da keçirməlidirlər. Düşünürəm ki, belədə oyunlarımız daha rahat olacaq. Futbolçularıma inanıram, güvənirəm. Toplanışda da bu futbolçuların oyununu görmüşəm, necə oynadıqlarını, hansı səviyyədə oynadıqlarını bilirəm. “Zirə” ilə görüşdə də bunu sübut etdilər. Çalışacağıq ki, bu oyunu öz liqamıza daşıyaq. Premyer Liqa və Birinci Liqada oynanılan oyunlar fərqlidir. Komandamda Premyer Liqadan futbolçular olduğu üçün hələ adaptasiya dövrü keçirlər. Amma yavaş-yavaş, oyundan-oyuna Birinci Liqaya alışmağa çalışırlar. Allah qoysa, qarşıda bizi “Gəncəbasar”la ağır oyun gözləyir. Qələbə üçün sona qədər oynayacağıq, qələbə qazanmağa çalışacağıq ki, çempionluq mübarizəsini davam etdirək.

- “Səbail”in turnir cədvəlindəki hazırkı mövqeyi sizi razı salır?

- Açığı, turnir cədvəlindəki mövqeyimiz məni razı salmır. Amma çempionat yeni başlayıb, hələ hər şey qarşıdadır. Sıfırdan yığılan komandayıq. Ona görə də, işimiz çoxdur. Premyer Liqadan gələn futbolçular var. Onlar üçün adaptasiya sarıdan sıxıntı var. Bunu məşqçi olaraq bilirəm. Hər zaman deyirəm ki, Birinci Liqada başqa ab-hava var, bura tez bir zamanda adaptasiya olmaq lazımdır. Burada birəbir mübarizəyə və güc futboluna üstünlük verilir. Ona görə də işimiz çoxdur. Sıfırdan yığılan komandayıq. Amma daha yaxşısı üçün çalışırıq. Əlimizdən gələni edəcəyik ki, mübarizəmizin sonunda istəyimizə çataq. Zamanla komanda öz oyununu tapacaq və daha yaxşı nəticə qazanacağıq. Hədəfimiz çempionluqdur, ona görə də ən yaxşısı üçün çalışacağıq. Çempionluq mübarizəsində rəqiblərə çatmaq istəyirik.

- Növbəti turda rəqibiniz “Gəncəbasar”dır. Evdə bu komandanı məğlub edə biləcəksiz?

- Təbii ki, qələbə üçün oynayacağıq. “Zirə” ilə matçdan sonra hazırlaşmışıq və istəyimiz qalibiyyət əldə etməkdir.

- “Səbail” heyətinə və büdcəsinə görə çempionluğa əsas namizəd göstərilir. Bunun sizin üçün hansısa təzyiq yaratdığını düşünürsünüz? Sizcə, həqiqətən komandanız Premyer Liqa səviyyəsində heyətə malikdir?

- Klub rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Daim yanımızdadırlar, dəstək olurlar. Həm bizim, həm də onların istəyi çempionluqdur. Təzyiqin olması isə normaldır. Neçə illərimi vermişəm futbola. Təzyiqin nə olduğunu bilirəm, özüm də məsuliyyətli insanam. Yaxşı heyətimiz var. Heyət güclü olsa da, futbolçular var ki, bu liqanı tanımır. Hazırda onun üzərində çalışırıq ki, tez bir zamanda liqaya adaptasiya olsunlar. Özüm də onlarla tez-tez danışıram. Elə liqadır ki, onlara çətin gəlir, hələ öyrəşməyiblər. Tez bir zamanda liqaya öyrəşib, oyunumuzu tapmalıyıq. Bunu da edəcəyik. Komandama, futbolçularıma güvənirəm. Birlikdə bu uğuru əldə edəcəyik.

- Heyət olaraq necə, tam istədiyiniz və Premyer Liqaya vəsiqə qazanmağa münasib heyətiniz var? Xarici futbolçularınız da çoxdur...

- Çempionluq yolunda kifayət qədər yaxşı futbolçularımız var. Sadəcə vaxt lazımdır. Çalışırıq ki, adaptasiya dönəmində maksimum xallar qazanaq ki, rəqiblərdən uzaqlaşmayaq. Çempionluğa oynayan komandaya qarşı rəqiblərin motivasiyaya fərqlidir. Bu da normaldır, belə də olmalıdır.

- Rəhbərlik necə, hazırkı nəticəyə görə narazılıq etmirki? Qarşınıza çempionluq vəzifəsi qoyulub, yoxsa pley-off-dan da olsa, əsas odur liqaya yüksəlmək hədəfi?

- Qarşıma qoyulan məqsəd çempionluqdur. Hər şey qarşıdadır. Hələ 8 tur geridə qalıb. Nəyisə danışmaq hələ tezdir. Rəhbərliklə də mütəmadi olaraq danışırıq. Bunun qarşılığını verməyə çalışırıq. Əlimizdən gələni edəcəyik ki, Premyer Liqaya vəsiqə qazanaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑