İdman · Publika.az

Türkiyə nəhəngləri bu rusu transfer etmək üçün cəhdlər göstərirlər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyə nəhəngləri bu rusu transfer etmək üçün cəhdlər göstərirlər xəbəri üçün şəkil

“Beşiktaş” Moskvanın CSKA klubunun yarımmüdafiəçisi Matvey Kislyakla ciddi maraqlanır və artıq onu əldə etmək imkanlarını araşdırır.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Burak Eren sosial mediada məlumat verib.

Mənbənin məlumatına görə, Beşiktaş” da “Qalatasaray” kimi Rusiya bazarını fəal şəkildə araşdırır və istedadlı oyunçuları müşahidə etmək üçün stadionlara nümayəndələrini göndərir.

Lakin Kislyakın transferini təmin etmək asan olmayacaq: CSKA-nın oyunçunu satmağa təcili ehtiyacı yoxdur və onun üçün 35-40 milyon avro almağı gözləyir.

Bu mövsüm Kislyak bütün yarışlarda 16 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑