“Çelsi” rəhbərliyi “Liverpul” klubunun skautlarını akademiyaya buraxmamağa qərar verib.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Zadəganlar” “qırmızılar”ın nümayəndələrini akademiya oyunlarına buraxmayacaq.
Buna səbəb “Liverpul”un gənc istedadlarla gizlin danışıqlar aparması və onları kluba cəlb etməsidir.
Mersisayd təmsilçisi bir neçə il əvvəl vinger Rio Nqumanı məhz “Çelsi” akademiyasından cəlb etmişdi. Futbolçu hazırda “Liverpul”la yaxşı performans göstərir və Avropa klublarının diqqət mərkəzindədir.
18 yaşlı futbolçu bu mövsüm 11 oyunda 2 məhsuldar ötürmə edib.



