“Mançester Yunayted” qış transfer dönəmində heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” “Lids”in hücumçusu Dominik Kalver-Lyuini transfer etmək niyyətindədir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
“Mançester Yunayted” yanvarda ingilis hücumçu ilə danışıqlara başlayacaq. Dominik özü də böyük klubda oynamaq arzusundadır.
29 yaşlı futbolçu bu mövsüm 10 oyunda 5 qol vurub. Onun “transfermarkt”da dəyəri 25 milyon avrodur.



