İdman · İdman.biz

Ağatahir Əzimov: “Futzalçıların 90 faizi minifutbola gedib”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ağatahir Əzimov: “Futzalçıların 90 faizi minifutbola gedib” xəbəri üçün şəkil

“Bu mövsüm heyətdə ciddi dəyişikliklər olub. Ötən il “Araz-Naxçıvan” yeddi-səkkiz legioner futzalçı ilə çempion olmuşdu”.

Bu sözləri futzal üzrə millinin sabiq üzvü Ağatahir Əzimov deyib.

Veteran futzalçı Naxçıvan təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəni dayandırmasına münasibət bildirib.

“Araz-Naxçıvan”ın heyəti 90 faizi dəyişib, komandada yalnız Emin Kürdov və Ülvi Əliyev qalıb. Digərləri ötən mövsüm çempionatda üçüncü yeri tutan “Baku Fire”in futzalçılarıdır. Onlar da çempionun heyətində cəmi iki oyuna çıxıblar. Bu müddət komandaya uyğunlaşmaq üçün kifayət deyil. İnanmıram ki, Bosniya və Herseqovina və ya Polşa çempionatları bizim çempionatdan zəif olsun. Üstəlik, bizdə hələ yeni mövsümə hələ start verilməyib. Futzalçıların 90 faizi minifutbola gedib ki, bu da nəticələrə birbaşa təsir göstərir”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda “Uypeşt”i 5:4 hesabı ilə məğlub edib, “Buba Mara”ya 3:5, “Piast”a isə 0:5 hesabı ilə məğlub olaraq, Çempionlar Liqasında mübarizəni dayandırıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑